BANM-ın məzunları Karbamid zavodunda işə başlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın məzunları Karbamid zavodunda işə başlayıblar

10:28 - 16 / 07 / 2018
BANM-ın məzunları Karbamid zavodunda işə başlayıblar

Bakı Ali Neft Məktəbinin (BANM) 2018-ci il məzunları karyeralarındakı ilk addımları uğurla atır. Ali Məktəbin daha dörd məzunu SOCAR Karbamid zavoduna işə qəbul olublar. 

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, zavoda işəqəbul prosesi xüsusi müsahibə əsasında keçirilib.

Müsahibədə Karbamid zavodunun baş direktoru Xəyal Cəfərov, direktor müavini və baş mühəndis Bəxtiyar Məmmədov, kadrlar şöbəsinin aparıcı mütəxəssisi Solmaz Kazımova iştirak ediblər. Müsahibədən uğurla keçən dörd məzun – Murad İsmayılov, Heydər Nəcəfov, Məmməd Nəzərov, Elşən Mikayılov Karbomid zavodu tərəfindən işə qəbul olunublar. Məzunların ikisi mühəndis-texnoloq, biri kimyaçı, digəri isə Nəzarət ölçü cihazları və avtomatika mühəndisi olaraq zavodun əməkdaşları sırasına qatılıblar.

Zavodun yeni əməkdaşları adını qazanan Ali Məktəbin məzunlarına ilk olaraq təhlükəsizlik və sahə təlimləri keçilib. Təlimləri uğurla bitirdikdən sonra yeni işçilər vəzifələrinə uyğun aidiyyatı sahələrdə - karbamid və ammonyak istehsalı sahəsi, köməkçi qurğular sahəsi, istehsalat və keyfiyyətə nəzarət laboratoriyası, təmir və texniki xidmət sahəsində öz vəzifə təlimatlarının icrasına başlayıblar.

Qeyd edək ki, Karbamid zavodunun təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuşdur. Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. İstehsal edilən karbamid məhsulu daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır.

S.Xankişiyeva

 

 

Paylaş:
336

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər