AZAL növbəti dəfə nüfuzlu mükafata layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL növbəti dəfə nüfuzlu mükafata layiq görülüb

17:02 - 17 / 07 / 2018
AZAL növbəti dəfə nüfuzlu mükafata layiq görülüb

Aviaşirkətlərin və hava limanlarının xidmət səviyyəsinin qlobal qiymətləndirilməsi sahəsində Böyük Britaniyanın aparıcı konsaltinq şirkəti “Skytrax” Azərbaycanın milli aviadaşıyıcısının "4 ulduzlu aviaşirkət" reytinqini növbəti dəfə təsdiq edib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, bu onu göstərir ki, AZAL xidmət keyfiyyətinə görə qlobal aviasiya bazarının tanınmış liderləri ilə bir sırada qiymətləndirilir. 

Bundan əlavə, AZAL aviaşirkəti “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olmuşdur. Azərbaycanın milli aviadaşıyıcısı Skytrax tərəfindən ilk dəfə belə yüksək ada layiq görülüb.

Ən yaxşı aviaşirkətlərin mükafatlandırılması mərasimi 2018-ci ilin 17 iyul tarixində Londonda World Airline Awards rəsmi tədbirində keçirilmişdir.

“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov dedi:

“Skytrax” kimi nüfuzlu təşkilat tərəfindən növbəti dəfə belə yüksək mükafata layiq görülmək bizim üçün qürurvericidir və böyük şərəfdir. Azərbaycanın milli aviadaşıyıcısının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi ölkə Prezidenti cənab İlham Əliyevin mülki aviasiya sahəsinə göstərdiyi böyük diqqətin və qayğının göstəricisidir. Biz aviaşirkətin xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində çalışmağa davam edəcəyik”.

Mükafatlara dair şərh verən “Skytrax” təşkilatının baş direktoru Edvard Pleysted qeyd etdi:

“Azərbaycan Hava Yolları”nın “Mərkəzi Asiya və Hindistan üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasının qalibi olması son dərəcə möhtəşəmdir. Aviaşirkət məhsulun keyfiyyəti və xidmət sahəsində təkmilləşərək nüfuzunu getdikcə artırır və müştərilərini Bakıdakı beşulduzlu hava limanında xidmət göstərərək sevindirməyə davam edir”.

“4 ulduz” reytinqinə layiq görülməzdən əvvəl müstəqil beynəlxalq auditorlar tərəfindən aviaşirkət göstərilən xidmətlərin keyfiyyətini və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən artıq meyar üzrə qiymətləndirilib. Sərnişinlər üçün mühüm olan aviaşirkət məhsulunun komponentləri - ümumilikdə aviaşirkətin saytı, saytda yerləşdirilən məlumatın məzmunu, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər qiymətləndirilib.

Eyni zamanda təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi; təyyarədə sərnişinlər üçün əyləncə sistemi; heyət üzvlərinin xidməti geyim formaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə nəzərdən keçirilib. Rüsumsuz ticarət (duty-free) xidməti, bort jurnalının məlumat tərkibi, sərnişinlər üçün təyyarədə qidanın keyfiyyəti, oturacaqların rahatlığı və s. xidmətlərin qiymətləndirilməsi də diqqətdən kənarda  qalmayıb.

Qeyd etmək lazımdır ki, cari ilin may ayında Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu maksimal “5 ulduz” statusuna layiq görülüb və bununla da Skytrax World Airport Awards versiyası üzrə dünyada ən yaxşı 9 aviaşirkətin siyahısına düşmüş və postsovet ölkələrinin aviaşirkətləri arasında birinci yer tutub.

S.Xankişiyeva

 

Paylaş:
495

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər