Bakıda dəhşətli intihar: gənc qız özünü 17-ci mərtəbədən atdı – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli intihar: gənc qız özünü 17-ci mərtəbədən atdı – VİDEO

17:18 - 17 / 07 / 2018
Bakıda dəhşətli intihar: gənc qız özünü 17-ci mərtəbədən atdı – VİDEO

Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

1news.az-ın Oxu.Az-a istinadən verdiyi məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş:

 “Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər” .

S.Xankişiyeva

Paylaş:
3578

Son xəbərlər

Bütün xəbərlər