Azərbaycanda qandonduran cinayət: bacı qardaşını bıçaqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qandonduran cinayət: bacı qardaşını bıçaqlayıb

09:57 - 17 / 07 / 2018
Azərbaycanda qandonduran cinayət: bacı qardaşını bıçaqlayıb

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
928

Son xəbərlər

Bütün xəbərlər