Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün yeni rüsumlar tətbiq ediləcək

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu artırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən 18.65.5.1-ci maddədə (Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi) “18” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilib.
Qeydiyyat şəhadətnaməsinin verilməsi (18.65.7-ci maddə) üçün isə dövlət rüsumu hazırkı 17 manatdan 25 manata qaldırılıb.
S.Xankişiyeva
506