Qolu sarğılı küçə süpürən qadından xəbər var: atasını ermənilər... – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qolu sarğılı küçə süpürən qadından xəbər var: atasını ermənilər... – VİDEO

15:43 - 18 / 07 / 2018
Qolu sarğılı küçə süpürən qadından xəbər var: atasını ermənilər... – VİDEO

Bakıda qolu sarğılı küçə süpürən qadın barədə bəzi məlumatlar üzə çıxıb.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, 1941-ci il təvəllüdlü, Alaverdova Nelya 10 ilə yaxındır ki, küçə süpürür. 

Uzun müddət Nizami küçəsində yerləşən köhnə ayaqqabı fabrikində işləyib. Ora bağlandıqdan sonra küçədə daşların üstündə yatıb.

Ərazidə yaşayan insanlar onu Mənzil Kommunal Təsərrüfat Birliyində işə düzəldiblər. 10 ildir ki, qadın burada işləyir və süpürgəçilərin xidməti otağında kiçik bir yerdə yaşayır. 

Məlumata görə, qadın əslən iranlıdır. Atası vaxtilə Bakıda yüksək vəzifədə çalışıb və ermənilər tərəfindən öldürülüb. 

Alaverdova Nelya ilə birlikdə işləyən Güllizar Vəliyeva bildirib ki, bu gün səhər saatlarında qadın qaldığı yerdən çıxıb: “Qadın yaşadığı ünvanda yıxılıb və qolunu əzib. Kömək etdik. Mənzil Kommunal Təsərrüfat Birliyindən Abbas müəllim gəlmişdi. Ona Nelyanın yıxıldığını dedik. O da dedi ki, hazırlaş, səni həkimə aparacağıq. Özü harasa getdi və həkimi hardan tapdı, bilmirik. Qolunda sarğı ilə gəldi. Bu gün səhər saat 6-da biz işə çıxanda burada idik. Özü hara gedib bilmirik”.

Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin şöbə müdiri Fərhad Qənbərov deyir ki, Nelya 2010-cu ildən 4 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində işləyir: “Həmin ilin mart ayında bizim qurumun rəisi səhər saatlarında Fikrət Əmirovun heykəli yaxınlığında Nelyanın soyuqdan donduğunu görür. Ondan niyə burada olduğun soruşur. Nelya bildirib ki, qalmağa yeri yoxdur. Onu süpürgəçilərin xidməti otağına gətirib. Burada yer ayırıb və əşyalarını qoyublar. Həmin müddətdən bu ərazidə işləyib və qalıb”.

Fərhad Qənbərov bildirib ki, qadın dünən icazəsiz ərazini təmizləməyə çıxıb: “Qolu əzildiyi üçün işə buraxılmırdı. Biz ərazini təmizləməyə işçi göndərən zaman üzərlərində qurumun gödəkçəsi olur. Dünən şəkil çəkilən zaman gödəkçəsi olmayıb. Onun burada pişikləri var. Onları yemləməyə çıxıb. Əlində süpürgə olub, çəkiblər”.

Alaverdova Nelyanı axırıncı dəfə səhər Heydər Əliyev adına sarayda görüblər. 

Mövzu ilə bağlı:

Bakıda qolu sarğılı qadın küçə süpürür – FOTO

1news.az

Paylaş:
741

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər