Nazirlik Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazirlik Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir – FOTO

16:38 - 24 / 07 / 2018
Nazirlik Aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi, uğurlu innovativ layihələrə daim dəstək göstərir.

1news.az-ın verdiyi xəbərə görə, bunun nəticəsidir ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçılar “Made in Azerbaijan” brendi altında öz məhsullarını artıq dünya bazarlarında da təqdim edirlər.

Belə uğurlu layihələrdən biri də Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanan “Yüksəklik” adlanan virtual reallıq (VR) döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.

Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.

Bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.

Ayrılan vəsait hesabına sözügedən şirkət Azərbaycan istehsalı olan VR simulyatorlar hazırlayaraq, onun daxili və xarici bazarda satışını təşkil edəcək. Bununla da “Made in Azerbaijan” brendi altında daha bir innovativ məhsul dünya bazarına çıxarılacaq.

Bu gün keçirilən mərasimdə ayrılan vəsait “CustomAR” şirkətinin rəhbərinə təqdim olunub.

Məlumat üçün bildirək ki, “CustomAR” şirkəti 4 ildir ki, Azərbaycanda Virtual Reallıq, Artırılmış Reallıq və 360 interaktiv texnologiyalar sahəsində uğurla fəaliyyət göstərir.

S.Xankişiyeva

 

Paylaş:
366

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər