Zaraya qarşı niyə dözümsüzük: ölkəmizdə minlərlə erməni əsilli vətəndaş yaşayırsa... – Nəzər Nöqtəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaraya qarşı niyə dözümsüzük: ölkəmizdə minlərlə erməni əsilli vətəndaş yaşayırsa... – Nəzər Nöqtəsi

17:12 - 26 / 07 / 2018
Zaraya qarşı niyə dözümsüzük: ölkəmizdə minlərlə erməni əsilli vətəndaş yaşayırsa... – Nəzər Nöqtəsi

Redaksiyamıza bu gün start götürəcək “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı oxucu məktubu daxil olub. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Artıq bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya təşkil olunub və hazırda da davam etdirilir.

Əsas iddia kimi guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür.

Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir.

Hazırda ölkəmizdə çoxsaylı millətlərin nümayəndələri çox rahat, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycanda həm xristian kilsələri, həm yəhudi sinaqoqları fəaliyyətdədir. İslamın müxtəlif təriqətlərinin təmsilçiləri də məhz Azərbaycanda dünya müsəlmanlarına nümunə ola biləcək davranış nümayiş etdirirlər – vəhdət namazı qılırlar.  

Biz bütün dünyaya göstəririk ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. 

Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin ölkəmizə gəlməsi niyə yolverilməz hesab olunmalıdır?

Əgər biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə  birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik.

Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik.

Nəzərinizə çatdıraq ki, Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətcə yezidi kürddür. Bu, “Jara-2018” festivalının Təşkilat komitəsinin Zaranın paytaxtımıza gəlişi ilə bağlı yaydığı açıqlamada da öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas hissəsini – mədəniyyətlərarası və sivilizasiyalararası dialoq təşkil edir. Bunlarla bağlı hər zaman ən yüksək səviyyədə danışılıb. Ölkəmiz hər zaman dialoq və əməkdaşlıq, müxtəlif millətlərdən olan insanlar və mədəniyyətlər üçün meydan olub.

“Hər kəsə məlumdur ki, incəsənət və idman – siyasətdənkənar sahə olaraq, insanları birləşdirir. Bununla bağlı ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” Birinci Avropa Oyunları, İslam həmrəyliyi oyunları və digər tədbirləri nümunə gətirmək olar.

“Jara” festivalı da bu qəbildən olan tədbirlər sırasında öz layiqli yerini tutaraq, artıq üçüncü ildir ki, paytaxtımıza rus şou-biznesinin nümayəndələrini toplayır. Onların arasında müxtəlif milliyyətlərin nümayəndələri də var.

Milliyətcə kürd olan müğənni Zara ölkəmizə gələrək, Azərbaycanın qədim mədəniyyəti, zəngin tarixi və əsrarəngiz ənənələri ilə tanış olmaq istəyib. Buna görə də biz, ölkəmizin tolerantlıq və qonaqpərvərliyini təmsil edərək ona “Jara-2018” beynəlxalq festivalında iştirak etməyə imkan yaratdıq”, – deyə rəsmi press-relizdə qeyd olunub.

Hər hansı biş şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır. 

Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Çünki dəfələrlə şahidi olmuşuq ki, Azərbaycana qarşı elə də yaxşı fikirdə olmayan insanlar bura gəlib qayıdandan sonra ölkəmiz haqqında müsbət fikirlər bildirməyə başlayıblar.

Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməniləri özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar.

Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir. Azərbaycan xalqı ermənilərlə dinc yaşamağa hazırdır. Yetər ki, Azərbayxcan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin”.

Oksana Salim

Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir

Paylaş:
842

Son xəbərlər

"Azərişıq" abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49İlham Əliyev: Rəisi İran və Azərbaycan xalqının yaddaşında parlaq dövlət xadimi kimi qalacaqBu gün, 14:32Cavanşir yolötürücüsünün söküntüsü davam edirBu gün, 14:28Şəhid Əliyar Ələkbərov Keşlədəki Şəhidlər xiyabanında dəfn olunub - YENİLƏNİBBu gün, 14:19Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyinə himn yazılıb - VİDEOBu gün, 14:08Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Siyavuş Məmmədov dəfn edilibBu gün, 14:05Birinci Qarabağ müharibəsinin şəhidi Arif İmaməliyev dəfn olunub - YENİLƏNİBBu gün, 13:52
Bütün xəbərlər