“Jara”nın Təşkilat komitəsi müğənni Zara ilə bağlı açıqlama yayıb | 1news.az | Xəbərlər
Mədəniyyət

“Jara”nın Təşkilat komitəsi müğənni Zara ilə bağlı açıqlama yayıb

11:28 - 26 / 07 / 2018
“Jara”nın Təşkilat komitəsi müğənni Zara ilə bağlı açıqlama yayıb

Bakıda “Jara-2018” üçüncü beynəlxalq festivalının keçirilməsinə sayılı saatlar qalıb.

Həmişəki kimi, Təşkilat komitəsi hər il olduğu kimi, öz ənənələrinə sadiq qalıb: builki tədbirdə 120 artist iştirak edəcək. Artıq neçə gündür ki, bütün Azərbaycan mətbuatı və sosial şəbəkələrində Rusiyanın əməkdar artisti (kürd əsilli) müğənni Zaranın festivalda iştirakı ilə bağlı geniş müzakirələr aparılır.

Bu gün “Jara-2018” festivalının Təşkilat komitəsi Zaranın paytaxta gəlişi ilə bağlı açıqlama yayıb:

“Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas hissəsini – mədəniyyətlərarası və sivilizasiyalar arası dialoq təşkil edir. Bunlarla bağlı hər zaman ən yüksək səviyyədə danışılıb. Ölkəmiz hər zaman dialoq və əməkdaşlıq, müxtəlif millətlərdən olan insanlar və mədəniyyətlər üçün meydan olub.

Hər kəsə məlumdur ki, incəsənət və idman – siyasətdənkənar sahə olaraq, insanları birləşdirir. Bununla bağlı ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” Birinci Avropa Oyunları, İslam həmrəyliyi oyunları və digər tədbirləri nümunə gətirmək olar.

“Jara” festivalı da bu qəbildən olan tədbirlər sırasında öz layiqli yerini tutaraq, artıq üçüncü ildir ki, paytaxtımıza rus şou-biznesinin nümayəndələrini toplayır. Onalrın arasında müxtəlif milliyyətlərin nümayəndələri də var.

Milliyətcə kürd olan müğənni Zara ölkəmizə gələrək, Azərbaycanın qədim mədəniyyəti, zəngin tarixi və əsrarəngiz ənənələri ilə tanış olmaq istəyib. Buna görə də biz, ölkəmizin tolerantlıq və qonaqpərvərliyini təmsil edərək ona “Jara-2018” beynəlxalq festivalında iştirak etməyə imkan yaratdıq”, – deyə rəsmi press-relizdə qeyd olunub.

Tərcümə: S.Xankişiyeva

Bakıda  “Jara-2018” həyəcanı başlayır

Paylaş:
2118

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər