Sabahın hava proqnozu: temperatur 40 dərəcəyə çatacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu: temperatur 40 dərəcəyə çatacaq

13:30 - 27 / 07 / 2018
Sabahın hava proqnozu: temperatur 40 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin  yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyulun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Babək Cahandarov

Paylaş:
764

Son xəbərlər

Bütün xəbərlər