Dmitri Peskov: Azərbaycan möhtəşəm ölkə, Bakı füsunkar şəhərdir | 1news.az | Xəbərlər
Mədəniyyət

Dmitri Peskov: Azərbaycan möhtəşəm ölkə, Bakı füsunkar şəhərdir

17:29 - 28 / 07 / 2018
Dmitri Peskov: Azərbaycan möhtəşəm ölkə, Bakı füsunkar şəhərdir

Bakıda möhtəşəm musiqi bayramı - “Jara-2018” Beynəlxalq Musiqi Festivalı davam edir. Festivalı canlı izləmək üçün dünyanın müxtəlif ölkələrindən insanlar Bakıya gəliblər. Onların arasında tanınmış siyasi xadimlər də var. Belə simalardan biri də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovdur.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci gününün fəxri qonaqları sırasında olan Dmitri Peskov xanımı ilə qırmızı xalıdan keçib. Rusiya Prezidentinin mətbuat katibi aparıcının suallarını cavablandırarkən qeyd edib ki, Bakıda dəfələrlə rəsmi səfərdə olsa da, ilk dəfədir, buraya məzuniyyət vaxtında gəlib. O deyib: “Bu, xoşbəxtlikdir. Bakı gözəl şəhərdir”.

“Jara” festivalı ilə bağlı təəssüratlarını bölüşən Dmitri Peskov rusiyalı müğənnilərin Bakıya, ecazkar Azərbaycana gəlmələrini çox gözəl təşəbbüs kimi dəyərləndirərək deyib: “Azərbaycan tarixən gözəl, çoxmillətli, bizim estradanın çox sevildiyi bir ölkədir. Bizim artistlər buraya böyük məmnuniyyətlə gəlirlər. Buna görə də bu, çox əladır. Bu, olduqca gözəl təşəbbüsdür. Çünki Azərbaycan möhtəşəm ölkədir, Bakı füsunkar şəhərdir. Bizim Rusiyanın ulduzları, buraya hətta bir neçə günlük belə, böyük həvəslə gəlirlər və çox zəngin təəssüratla qayıdırlar. Deməli, biz bir-birimizi unutmuruq. Müasir dünyada bu, çox vacibdir”.

Əminliklə demək olar ki, üçüncü dəfə təşkil edilən “Jara” festivalı MDB məkanının ən çox sevilən və gözlənilən mədəni tədbirlərindən biridir. Mədəniyyət, musiqi xalqları bir-birinə daha da yaxınlaşdırır, insanlar arasında sülhü, sevgini və gözəl hissləri təbliğ edir.

Paylaş:
769

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər