Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm | 1news.az | Xəbərlər
Mədəniyyət

Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm

09:34 - 30 / 07 / 2018
Emin Ağalarov: Yaradıcılığıma verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm

Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri, tanınmış bəstəkar və müğənni Emin Ağalarov AZƏRTAC-a məxsusi müsahibə verib.

1news.az müsahibəni təqdim edir:

- Bakıda artıq üçüncü dəfədir keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalı əvvəlki illərdən hansı xüsusiyyəti ilə fərqlənir?

- Əvvəla, builki festivalın proqramı daha genişdir. Rusiyanın "Birinci" telekanalında dörd konsert günündən hər biri iki saat olmaqla 10-12 reportaj efirə veriləcək. Bu da son iki ayda "Birinci" telekanalda ümumilikdə 24 saat efir deməkdir. Bu, möhtəşəm bir işdir. Rusiyanın tanınmış simalarını Bakıya toplamaq mənim üçün çox xoşdur. "Jara" layihəsinin uğurlu alınmasına ürəkdən sevinirəm. "Jara" artıq böyük musiqi platformasına çevrilib.

- Tamaşaçıları növbəti illərdə hansı yeniliklər gözləyir?

- Biz hər dəfə yeniliklər edə bildik və festivala daha böyük uğur gətirdik. Artıq məşhur artistlərin yubiley gecələrini təşkil edirik. Leonid Aqutin, Valeri Meladze, Lybov Uspenskaya, Valeriya və Vladimir Presnyakovun yaradıcılıq gecələrini keçiririk. Növbəti illərdə, əlbəttə, daha geniş ideyalar üzərində düşünəcəyik. Daha maraqlı proqramlar hazırlayacağıq. "Jara" nın möhtəşəmliyi artıq mənim özümü belə təəccübləndirir.

- Festivalın coğrafiyası getdikcə genişlənir. Maraqlıdır, "Jara"ya daha hansı ölkələrdən iştirakçılar cəlb oluna bilər?

- Bəli, biz festivalın coğrafiyasını artıq genişləndirmişik. Festivalın fəxri qonaqları qismində xarici şou-biznesin tanınmış mütəxəssislərini dəvət etmişik. Məşhur italyan tenoru Alessandro Safina, əfsanəvi Stiven Siqal, İnqrid, Rusiya, Ukrayna, Gürcüstan və əlbəttə, Azərbaycan estradasından çoxlu sayda artistlər festivalda iştirak edirlər. Əfsanəsi Maykl Ceksonun oğlu Brendon Hovard səhnədə çıxış edir. Bu, böyük sürprizdir və o, ABŞ-dan gəlib. Arzum budur ki, gələcəkdə festivalda beynəlxalq gün olsun və bu möhtəşəm hadisə nəinki Rusiyanın "Birinci" kanalında, eləcə də xarici telekanallarda nümayiş etdirilsin. Hələlik bizim tərəfdaşımız "Birinci" kanaldır. Bu böyük yolu biz birlikdə gedirik. Biz bütün il boyu hazırlaşmışıq. İdeyalarımız çoxdur, məqsədimiz "Jara"nı daha unikal etməkdir.

- Öz repertuarınızda Azərbaycan bəstəkarlarına müraciət etməyi düşünürsünüzmü?

- Musiqilər hər zaman məni tapır. Müəlliflər mahnılarını mənə göndərirlər. Diqqətimi çəkən mahnını ifa edirəm. "Gəl Bakıya qaçaq" mahnısını həmyerlimiz Bahh Tee yazıb. Mahnı nəzərimi cəlb etdi və mən ifa etdim. Beləliklə, mahnı hit oldu.

- Bu yaxınlarda Azərbaycanın Xalq Artisti adını aldınız. Təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bu ada layiq görülmək mənim üçün gözlənilməz oldu. Bu, artist və təşkilatçı olaraq "Jara" və digər tədbirlər vasitəsilə göstərdiyim xidmətlərə görə mənim sənətimə verilən yüksək qiymətdir. Belə yüksək qiymətə görə mən Azərbaycan Prezidenti İlham Əliyevə və onun ailəsinə dərin minnətdarlığımı bildirirəm.

S.Xankişiyeva

 

Paylaş:
635

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər