Azərbaycan turizmi üç dildə təbliğ ediləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan turizmi üç dildə təbliğ ediləcək

15:43 - 31 / 07 / 2018
Azərbaycan turizmi üç dildə təbliğ ediləcək

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində “Yenimedia.info” saytı təkmilləşdirilib, domen və hostinqi yenilənib.

Bu barədə 1news.az-a birliyin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, sayt üç dildə Azərbaycan turizmi, tarixi-mədəni, arxeoloji abidələri, mətbəxi ilə bağlı mövzulara və xarici internet və sosial mediada işıqlandırılmasına həsr edilmiş məqalələrlə yenilənəcək.

Qeyd edək ki, layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, İsmayıllı rayonunda xarici internet mediada  və sosial şəbəkələrdə, eləcə də bloqqerlik vasitəsilə Azərbaycan turizminin təbliği yollarına dair 4 təlim keçirilib. Bundan başqa, turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.

1news.az

Paylaş:
424

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər