Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

09:26 - 31 / 07 / 2018
Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, paytaxtın Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 31iyul 2018-ci il tarixində gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi  küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Babək Cahandarov

Paylaş:
407

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər