BNA avtobuslarda yeni qiymətləri açıqlayıb - CƏDVƏL
Bakı Nəqliyyat Agentliyi şəhərdaxili, şəhərətrafı, qəsəbələrarası və qəsəbədaxili müntəzəm marşrutlar üzrə Tarif Cədvəlini açıqlayıb.
1news.az BNA-ya istinadla xəbər veir ki, şəhərətrafı və qəsəbələrarası marşrutların başlanğıc və son dayanacaqları arasındakı məsafədən asılı olmayaraq sərnişinin bir istiqamət üzrə ödəyəcəyi gediş haqqı məbləği (gedəcəyi məsafədən asılı olaraq) yuxarıda göstərilən tarif cədvəlinin 3-cü hissəsinə uyğun olaraq müəyyən edilir.
125 və 199 nömrəli şəhərətrafı marşrutların nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərməsi nəzərə alınaraq, gediş haqqı tarifi 0.35 manat səviyyəsində müəyyən edilib.
“28 May” metrostansiyası - Hava Limanı istiqamətində fəaliyyət göstərən H1 nömrəli ekspress marşrutun tarifində dəyişiklik edilməyib. Həmin marşrut üzrə gediş haqqı tarifi 1.30 manat təşkil edir.