PAŞA Sığortadan günün temperaturuna uyğun qızmar yay endirimləri | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Sığortadan günün temperaturuna uyğun qızmar yay endirimləri

11:00 - 01 / 08 / 2018
PAŞA Sığortadan günün temperaturuna uyğun qızmar yay endirimləri

PAŞA Sığorta əmlakını sığortalamaq istəyənləri yeni kampaniya ilə sevindirməyə tələsir.

Artıq hər günün temperaturuna uyğun olaraq endirimli qiymətlərlə əmlakınızı sığortalaya biləcəksiniz. Beləliklə, http://eco.gov.az/az/68-hava-proqnozlari-burosu mənbəyinə istinad edərək sığorta haqqına gündəlik hava temperaturuna uyğun endirim tətbiq olunacaq. Evlərini sığortalamaq istəyənlər bu fürsətdən istifadə edərək ilin ən sərfəli təklifindən yararlana bilərlər.

Qeyd edək ki, evinizin sığorta haqqı yerləşdiyi ərazi, sahəsi, bazar və ya bərpa dəyəri, istifadə məqsədindən asılıdır. Məsələn 100 000 AZN dəyərində olan bir mənzilin sığorta haqqı 240 AZN edir və bu kampaniya ilə əgər müraciət etdiyiniz gün temperatur 35 dərəcə göstərirsə, sizin sığorta haqqınız 156 AZN olacaq. Ödənişi həmçinin hissəvi şəkildə ödəyə bilərsiniz. Bu endirim yalnız mənzil və fərdi yaşayış evlərinin könüllü əmlak sığortası məhsuluna şamil olunur.

PAŞA Sığorta əmlakınızı sığortalamağa çağırır. Çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.

Qeyd edək ki, kampaniya sentyabrın 15-ə kimi keçərlidir. 

PAŞA Sığorta hazırda avtomobilini sığortalamaq istəyənlər üçün də xüsusi kampaniya təklif edir.

Belə ki, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəri PAŞA Sığortadan 100 AZN dəyərində xüsusi hədiyyə kartına sahib olaraq şəhərin ən tanınmış çimərlik komplekslərindən sayılan “Amburan Beach Club”da istirahət imkanı qazanacaq. Sığorta haqqı 2500 AZN-dən yüksək olan müştərilərə isə 200 AZN dəyərində kartlar təqdim ediləcək. Sözügedən kartlar vasitəsilə “Amburan Beach Club” istirahət kompleksinin və onun ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin xidmətlərindən faydalanmaq mümkündür.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Reklam hüququnda

Paylaş:
1480

Son xəbərlər

“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıbBu gün, 18:07“Barselona” prezidenti BakıdaBu gün, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölübBu gün, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı veribBu gün, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqlarıBu gün, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTOBu gün, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdüBu gün, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTOBu gün, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşübBu gün, 15:1420 yaşlı qadın körpəsini itirdiBu gün, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edibBu gün, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTOBu gün, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edibBu gün, 13:49Türkiyədə zəlzələ olubBu gün, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulundaBu gün, 13:20Tərtərdə polis əməkdaşı vəfat edibBu gün, 12:51Qar yağacaq - Sabahın hava proqnozuBu gün, 12:35Tənzilə Narbayeva: COP29 iqlim dəyişikliyi ilə mübarizədə böyük önəmə sahibdirBu gün, 12:13Saymon Stil: İqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı planlar kağız üzərində qalmamalıdırBu gün, 12:05
Bütün xəbərlər