Samsung Galaxy A6 və A6+: məlumatları saxlamaq üçün geniş yaddaş və etibarlı mühafizə | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Galaxy A6 və A6+: məlumatları saxlamaq üçün geniş yaddaş və etibarlı mühafizə

10:00 - 03 / 08 / 2018
Samsung Galaxy A6 və A6+: məlumatları saxlamaq üçün geniş yaddaş və etibarlı mühafizə

Məlumatlarımızın saxlanılması üçün daha geniş yaddaşın təmin edilməsi və onların istənməyən müdaxilədən qorunması günümüzün ən böyük problemlərindən biri sayıla bilər.

Smartfon şəkil, plastik kart məlumatları, sosial media hesabları kimi bir çox şəxsi məlumatın yerləşdiyi cihazdır və onun təhlükəsizliyinin təmin olunmasından əmin olmalıyıq. Belə ki, yeni Samsung Galaxy A6  xəttinin smatfonları məlumatlarınızın saxlanılması üçün geniş yaddaş, onların qorunması üçün isə bir neçə mərhələli qorunma sistemini təqdim edir.

Super Amoled displey və 18,5:9 formatlı alüminium korpus ilə təchiz olunmuş Galaxy A6 xətti müasir və cəlbedici təəssürat bağışlayır. Smartfonlar F 1.7 geniş diafraqmalı 16 MP-lik əsas kamera ilə təchiz olunublar. Qeyd edək ki, GalaxyA6+ smartfonunun əsas kamerası əlavə 5 MP-lik modul ilə də təchiz olunub. Bu modulun sayəsində “life focus” çəkim rejimindən istifadə edə bilərsiniz. Smartfonların frontal kamerası adi şəkillərlə yanaşı, həm də geniş formatlı “panoram” şəkillər də çəkə bilir. Galaxy A6 smartfonunun selfi kamerası 16 MP, Galaxy A6+ isə - 24 MP-dir. MP-lər artdıqca, belə kameralarla çəkilən şəkillərin də həcmi daha böyük olur. Lakin, Galaxy xətti smartfonların yaddaşının microSD kart bölməsinin köməyi ilə 256 QB-ta qədər artırılmasını mümkün edir.

Həmçinin, əlavə olaraq Galaxy A6/A6+ istifadəçilərinə Samsung Cloud virtual yaddaş bazasında 15 QB təqdim edilir. Foto, film və sənədlərinizi etibarlı və rahat yerdə saxlayın. Samsung Cloud istədiyiniz anda və yerdə məlumatlarınızın surətini yaratmağa, bərpa etməyə və ya yeniləməyə imkan yardır. Burada məlumatlarınızı yaddaşda saxladıqda, cihazınız sıradan çıxarsa və ya itərsə məlumatlarınızın təhlükəsizliyi barədə düşünməyinizə ehtiyac qalmır. Belə bir hadisə baş verərsə, məlumatlarınızı istənilən yeni cihazda asanlıqla bərpa edə biləcəksiniz. Əsas ekran quruluşundan, çalar saat və Wi-Fi tənzimləmələrinə qədər bütün şəxsi məlumatlarınız dəyişmədən geri dönəcək. Samsung Cloud-dan istifadə etmək üçün əlavə proqram tələb olunmur, sadəcə öz Samsung hesabınıza daxil olmağınız yetərlidir. Ən əsası isə Samsung Cloud-dan istifadə pulsuzdur və zamanla məhdudlaşdırılmır.

Yeni Galaxy A6 xətti ilə şəxsi məlumatınızın daim mühafizə altında olduğundan əmin ola bilərsiniz. Etibarlı barmaq izi skaneri sistemi smartfonun kilidini açmağa və bir çox şifrə tələb edən əlavə və saytlara daxil olmağa imkan yaradır. Yeni modellərdə barmaq izi skanerinin korpusun arxa hissəsində əsas kameranın altında yerləşdiyindən, istifadəsi olduqca rahatlaşıb. İndi telefonunuzun kilidini sadəcə əlinizə götürməklə aça bilərsiniz. 

Barmaq izi skanerindən əlavə burada smartfonun etibarlı mühafizəsinin təmin edilməsi üçün “face recognition” funksiyasından da istifadə olunur. İndi smartfonun kilidini açmaq üçün onu üzünüzə yaxınlaşdırmaq kifayətdir. “Face recognition” texnologiyası cihaz kilidinin yalnız sahibi tərəfindən açıla bilməsinin zəmanətidir, bunun sayəsində məlumatlarınızın daim etibarlı qorunduğuna əmin ola bilərsiniz.

Yeni  Galaxy A6 xətti ilə məlumatlarınızın qeyd edilməsi üçün daha çox yaddaş  və onların yüksək təhlükəsizlik şəraitində qorunmasının təmin olunmasını əldə edirsiniz.

Yeni Galaxy A6 xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
1049

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər