Bu qadın azərbaycanlı turistləri aldadıb, 500 min pul “yeyib” – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qadın azərbaycanlı turistləri aldadıb, 500 min pul “yeyib” – VİDEO

10:35 - 03 / 08 / 2018
Bu qadın azərbaycanlı turistləri aldadıb, 500 min pul “yeyib” – VİDEO

Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.

1news.az-ın Xezerxeber.az-a istinadla verdiyi xəbərə görə, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib.

Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.

İddialara görə, G.Şıxıyeva vətəndaşlarla yanaşı turizm şirkətlərini də bilet satmaq adı ilə aldadıb. Şikayətçilər deyir ki, o, bir neçə dəfə eyni turizm şirkətindən müştərilər üçün bilet alıb. Özünə inam yaratdıqdan sonra isə həmin şirkətlərdən bilet alsa da, sonradan onların pulunu verməyib.

Maraqlısı burasındadır ki, aldadılanların heç biri verdiyi pulun qarşılığında sənəd tələb etməyib. Dələduz qadın isə insanları aldatmaq üçün onlara saxta biletlər verib.

Şikayətçilər deyir ki, “turizmçi” hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır.

Aldadılan insanlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

S.Xankişiyeva

Paylaş:
833

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər