Bakıda gənc gəlin itkin düşdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc gəlin itkin düşdü

13:56 - 06 / 08 / 2018
Bakıda gənc gəlin itkin düşdü

Bakıda 25 yaşlı gəlin naməlum şəraitdə itkin düşüb.

1news.az trend-ə istinadən xəbər verir ki, barədə Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə rayonun Bahar qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Abbasov Bəxtiyar Rizvan oğlu məlumat verib.

O bildirib ki, iyulun 26-da həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abbasova Nabat Əli qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsində araşdırma aparılır

1news.az

 

 

 

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər