Orxan Camalı dəfn etmək mümkün deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

Orxan Camalı dəfn etmək mümkün deyil

14:10 - 06 / 08 / 2018
Orxan Camalı dəfn etmək mümkün deyil

Mərkəzi Afrika Respublikasında(MAR) qətlə yetirilmiş rusiyalı jurnalist Orxan Camalı dəfn edə bilmirlər.

1news.az xəbər verir ki, bu barədə mərhum jurnalistin yaxın dostu Maksim Şevçenko “Facebook” səhifəsində yazıb

Onun sözlərinə görə, buna səbəb Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzalanmış yekun rəyin itirilməsidir: 

“Bu sənəd olmadan Orxanı dəfn etmək mümkün deyil. Hansı mərhələdə yekun rəy itib, bu, məlum deyil.

Şevçenkonun postuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib: 

“Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər, çünki bu sənəd olmadan meyiti Parisdən buraxmazdılar. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır”.

1news.az

 

Paylaş:
461

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər