Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – FOTO

15:32 - 06 / 08 / 2018
Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda adıçəkilən Xidmətin Mətbuat Mərkəzinin məlumatında bildirilir.

Qeyd edilir ki, müvafiq tədbirlər sırasında hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxslərin ölkəyə gələrkən və ölkədən gedərkən dövlət sərhədindən buraxılış məntəqələrində aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Təkcə 2018-ci il ərzində bu kateqoriyadan olan 3811 nəfər şəxs dövlət sərhədində saxlanılaraq, aidiyyəti orqanlara təhvil verilib.

 “2018-ci ilin avqust ayının 1-də Gəncə hadisələrinin aktiv iştirakçısı olmaqda şübhəli bilindiyinə görə axtarışda olan Azərbaycan vətəndaşı, 27.02.1994-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov İsmayıl Kamil oğlu “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində ölkə ərazisindən Gürcüstana gedərkən saxlanılmış və aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təhvil verilib”, - deyə sonra qeyd olunur.

Rəhman Hacıyev: Gəncədə polisləri deyil, bizləri “bıçaqladılar”

Əli Həsənov: Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər ən ciddi şəkildə cəzalandırılacaqlar

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Təhlükəsizlik orqanları Gəncə hadisələrində şübhəli bilinən 2 nəfəri axtarır – FOTO

Gəncədə iğtişaş zamanı polis polkovnik-leytenantı və polis zabiti şəhid olub

S.Xankişiyeva

 

 

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər