Sabiq deputatın evi qarət olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabiq deputatın evi qarət olundu

13:42 - 07 / 08 / 2018
Sabiq deputatın evi qarət olundu

Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.

1news.az  xəbər verir ki, Qulamhüseyn Əlibəyli faktı avropa.info-ya təsdiqləyib.

Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.

Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.

O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən -6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.

Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.

Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.

1news.az  

Paylaş:
431

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər