Azərbaycan Beynəlxalq Bankı və “ASAN kadr” karyera mərkəzi birgə layihəyə start verir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı və “ASAN kadr” karyera mərkəzi birgə layihəyə start verir – FOTO

16:00 - 07 / 08 / 2018
Azərbaycan Beynəlxalq Bankı və “ASAN kadr” karyera mərkəzi birgə layihəyə start verir – FOTO

Sosial Media Marketinqinin (SMM) bütün dünyada sürətli inkişafını, əmək bazarında SMM mütəxəssislərinə getdikcə güclənən tələbatı nəzərə alaraq Azərbaycan gənclərinin bu peşəyə yiyələnməsinə və uğurlu karyera qurmasına dəstək məqsədilə #SMM2018 Business Breakfast layihəsinin icrasına başlanılır.

Artıq 3 ildir ki təşkil olunan #SMM Business Breakfast layihəsi çərçivəsində bu il Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin təşkilatçılığı ilə gənclər üçün 2 aylıq ödənişsiz SMM təlimi keçiriləcək. Burada ölkənin tanınmış SMM mütəxəssisləri 2 ay ərzində gənc iştirakçılara bu sənətin incəliklərini öyrədəcəklər.

İştirakçılar komanda quruculuğu, brend hekayəsinin yaradılması, SMM biznesi, sosial şəbəkə hesablarının idarə olunması, brendin tanıdılmasının üsul və vasitələri, kontentin hazırlanması, sosial mediada sosial məsuliyyət, KSM layihələri, qrafik dizayn, bank sektorunda ictimaiyyətlə əlaqələr, bank sektorunda rəqəmsal marketinq, vloggerlik, influencer marketinq və s. bu kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər. 

Bundan başqa, gənclərin işgüzar çevrəyə daxil olması, kommunikasiya imkanlarının genişlənməsi üçün onların ayrı-ayrı şirkətlərin rəhbər şəxsləri ilə səhər yeməyində görüşləri də təşkil olunacaq.

“#SMM2018 Business Breakfast” təliminin təşkilinə Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə yanaşı, Alliance Assist Group, Media Balans, Winter Park Hotel də dəstək verəcək.

SMM sahəsinə maraq göstərən hər bir gənc bu keçiddən istifadə edərək təlimə qatıla bilər: www.smm2018.asankadr.az

Son müraciət tarixi: 12 avqust 2018-ci il, saat: 23.59

Reklam hüququnda

Paylaş:
542

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər