Yardımlıda son tunc dövrünə aid kurqanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yardımlıda son tunc dövrünə aid kurqanlar aşkarlanıb

17:08 - 07 / 08 / 2018
Yardımlıda son tunc dövrünə aid kurqanlar aşkarlanıb

Yardımlı rayonun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlanılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası tədqiqat planına uyğun olaraq seçdiyi müxtəlif ölçülü Komanı kurqanlarında arxeoloji qazıntılar aparır.

İnstitutdan 1news.az-a bildirilib ki, ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunub. İnsan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir. A.Ağalarzadənin bildirdiyinə görə, daha dəqiq tarix insan sümükləri nümunələri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcək.

Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan müasir Lerik rayonu ərazisində tapmışdı. Eyni zamanda, bu tipli kurqanlar qonşu İran İslam Respublikasının Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abədələrindən də məlumdur.

A.Ağalarzadə bildirib ki, bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcək.

1news.az

Paylaş:
482

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər