Mərhum diktorun qızı tələbə oldu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərhum diktorun qızı tələbə oldu – FOTO

09:57 - 07 / 08 / 2018
Mərhum diktorun qızı tələbə oldu – FOTO

Leyli artıq tələbə adını qazanıb. Rəssamlıq Akademiyasının Qrafika fakultəsinə qəbul olunub. Bu fakultədə oxumaq hamımızın arzusu idi.

1news.az-ın verdiyi xəbərə görə, bunu Modern.az-a açıqlamasında xalq artisti, mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova övladının tələbə adını qazanmasına münasibət bildirərkən deyib.

Səbinə Hüseynova bildirib ki, Leylinin bu peşəni seçməsi atasının çoxdankı arzusu idi:

“Rafiq sağlığında Leylini rəssam görmək arzusunda idi. Hətta  sağlığında zamanı tələsdirirdi ki, Leylini rəssam görə bilsin. Həmişə deyirdi ki, “Leyli bircə tez böyüsəydi, onu rəssam görərdim”. Təəssüf ki, həyat biz istədiyimiz kimi olmur. Bu da bir qismətdir. Şükürlər olsun ki, Leyli atasının arzusunu gerçək edə bildi”.

Mərhum diktorun xanımı qızının gələcək planlarından da söz açıb:

 “Leyli  hər 3 qabiliyyət imtahanından 10 bal aldı. İmtahanlarda yüksək nailiyyət əldə etdiyinə görə Leyli də, mən də çox sevinirik. Leylinin təhsili ilə bağlı arzuları böyükdür. Azərbaycan Rəssamlıq Akademiyasında təhsilin səviyyəsi çox güclüdür. İnşallah ki, Rəssamlıq Akademiyasında oxusun, gələcəkdə potensialından istifadə edər. Leylinin akademiyaya qəbul olunmasından sonra bir çox insanlar bizə zəng edib təbrik etdi. Hər kəs sağ olsun ki, Rafiqin övladının uğuruna sevinclə yanaşdılar”.

Qeyd edək ki, Rafiq Hüseynov 2017-ci ilin 30 oktyabrında 71 yaşında dünyasını dəyişib.

S.Xankişiyeva

Rafiq Hüseynov vəfat edib

 

 

Paylaş:
545

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər