“Motorola”dan yeni smartfon – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Motorola”dan yeni smartfon – FOTO

10:19 - 07 / 08 / 2018
“Motorola”dan yeni smartfon – FOTO

"Motorola" şirkəti yeni "Moto Z3" qabaqcıl smartfonunu təqdim edib. Bu aparat "5G-dək yeniləmə" imkanına malik ilk smartfon kimi xarakterizə edilir.
 
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, smartfonla birgə təqdim edilmiş "5G Moto Mod" panelinin qoşulması vaxtı smartfon beşinci nəsil mobil şəbəkəsini dəstəkləyir. Sözügedən panel 2000 milliamper/saat tutumunda əlavə akkumulyatora malikdir və 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılan ABŞ-ın "Verizon" operatorunun "5G" şəbəkəsinə girişini təmin edəcək.
 
Korpus "Corning Gorilla Glass" şüşə panelləri və alüminium çərçivədən ibarətdir. Barmaq izləri skaneri aparatın kənarında yerləşdirilib. "Moto Z3" smartfonu tərəflər nisbəti 18:9 olan 6 düymlük "Full HD+" (2160x1080 piksel) təsvir ölçülü "Super AMOLED" displey, əsas ikiqat kamera (12+12 Mp) və 8 meqapiksellik ön kamera ilə təchiz edilib.
 
Smartfon səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq daxili fləş yaddaş ("microSD" formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür), həmçinin 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfonun ölçüləri 156,5x76,7x6,75 mm, çəkisi 156 qramdır.
 
Qulaqlıqlar üçün 3,5 mm-lik konnektor mövcud deyil. Smartfon "Android 8.1 Oreo" sisteminin idarəetməsi altında işləyir. "4G VoLTE", "Wi-Fi" (802.11 ac), "Bluetooth 5 LE", "GPS" və "NFC" texnologiyaları dəstəklənir. Suya qarşı örtük nəzərdə tutulub.

1news.az

Paylaş:
644

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər