Meteoroloqlardan növbəti xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan növbəti xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq

13:26 - 08 / 08 / 2018
Meteoroloqlardan növbəti xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-dan 12-dək  şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Avqustun 08-i axşam şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli  intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Qeyri-sabit hava şəraiti avqustun 11-i axşamadək davam edəcək.

1news.az

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər