Bakıda 14 yaşlı qız yoxa çıxıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 14 yaşlı qız yoxa çıxıb

12:50 - 08 / 08 / 2018
Bakıda 14 yaşlı qız yoxa çıxıb

Bakıda azyaşlı qız itkin düşüb.

1news.az trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, E. Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.

1news.az

Paylaş:
641

Son xəbərlər

Bütün xəbərlər