Otelə qız gətirən ərəb peşman oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Otelə qız gətirən ərəb peşman oldu

14:53 - 09 / 08 / 2018
Otelə qız gətirən ərəb peşman oldu

Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib.

1news.az-ın ölkə.az-a istinadla verdiyi xəbərə görə, “Röyal Qrant” oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqədə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də birinci dəfədir ki, belə hal ilə rastlaşır.

Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq.

S.Xankişiyeva

Bakıda oteldə ərəb turistin ölüm səbəbi bəlli oldu – YENİLƏNİB

 

Paylaş:
1554

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər