Samsung Twin Cooling – ərzaqların təravətinin uzunmüddətli qorunması | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung Twin Cooling – ərzaqların təravətinin uzunmüddətli qorunması

10:35 - 09 / 08 / 2018
Samsung Twin Cooling – ərzaqların təravətinin uzunmüddətli qorunması

Xanımların bir çoxu ən azı həftədə bir dəfə soyuducunu boşaldaraq, təmizləyir.

Əslində bu təmizlik zamanı vaxtın çoxunu xarab olmuş ərzaqların ləğv edilməsinə sərf edilir. Hər bir ərzağın saxlanma müddəti onun tərkibində olan mayenin miqdarından və saxlama hərarətindən asılıdır.  Bu səbəbdən məhsulun rütubəti və saxlanma temperaturu nə qədər yüksək olarsa, o məhsulun istifadə müddəti bir o qədər qısa olar. Köhnə model soyuducularda daxili kamera temperaturunda buzluqdan uzaqlaşdıqca yüksəlmə müşahidə olunurdu, belə ki, ən soyuq rəf birinci (buzluğun alt hissəsində yerləşməsi səbəbindən), ən “isti” isə sonuncu rəf hesab olunurdu.

Twin Cooling sistemi ilə təchiz olunmuş yeni Samsung soyudularının işləmə prinsipi tam fərqlidir. Yeni soyuducuların iki soyutma sistemi vardır ki, bunlardan biri buzluq, digəri isə daxili kamera üçün nəzərdə tutulub. Belə ki, yeni Samsung soyuducularında buzluq və saxlama kamerasında optimal rütubət və temperaturun tənzimlənməsi üçün iki ayrı hava axını istifadə olunur. Bu sistem, soyuducunun işlək hissələrini bir birindən ayıraraq, hər birini ayrılıqda tənzimləməyə imkan yaradır. Twin Cooling texnologiyası qida qoxularının bir birinə qarışmasının qarşısını alır, həmçinin, istənilən ərzağı uzun müddət təravətli saxlayır. Belə ki, indi sevimli salatınızda balıq qoxusu olmayacaq, çiyələk isə, hətta yayın ən qızmar günü belə təravətli qalacaq.

Həmçinin artıq bir neçə işləmə rejimi ilə soyuducunu öz istəklərinizə uyğun tənzimləmə imkanı var. Belə ki, istədiyiniz an daxili kameranın həcmini artıra bilərsiniz, bunun üçün bir toxunmuşla buzluğu saxlama kamerasına çevirməniz lazımdır. İstirahətə yollanarkən isə daxili kameranı söndürərək, sadəcə buzluğu aktiv saxlaya bilər, bununla da elektrik enerjisinə qənaət etmiş olarsınız.

Bundan əlavə, Samsungun yeni soyuducuları inverter kompressoru ilə təchiz olunublar. Digital inverter texnologiyası soyudulmanın 7 mərhələsində sürəti avtomatik olaraq tənzimləyir. Bu texnologiya sayəsində, kompressor daha az elektrik enerjisi sərf edir, sakit işləmə prosesinə malikdir və köhnəlməyə daha az meyllidir. Bütün bunlar da öz növbəsində soyuducunun uzunmüddətli istifadəsini təmin edir. Həmçinin, bu tip kompressor istehsalçı tərəfindən 10 il zəmanətlə təmin edilir.

Samsung soyuducuları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
499

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər