Qanunsuz tikintilərə qarşı mübarizə gücləndirilir: memorandum imzalandı – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qanunsuz tikintilərə qarşı mübarizə gücləndirilir: memorandum imzalandı – FOTO

11:32 - 10 / 08 / 2018
Qanunsuz tikintilərə qarşı mübarizə gücləndirilir: memorandum imzalandı – FOTO

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə Fövqəladə Hallar Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, paytaxt rayonlarının icra hakimiyyətlərinin, tikinti şirkətlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev tədbirdə çıxış edərək ölkəmizdə şəhərsalma fəaliyyətinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Diqqətə çatdırıb ki, son illər respublikanın bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti, quruculuq-abadlıq işləri nəticəsində ölkəmizin şəhərləri gündən-günə gözəlləşir. Komitə sədri bu sahədə uğurlarla yanaşı, müəyyən nöqsanlara və qayda pozuntularına yol verildiyini, şəhərsalma, tikinti norma və standartlarının pozulduğunu qeyd edərək, tikinti sahəsində islahatların həyata keçirilməsi, səmərəli və şəffaf nəzarət sisteminin qurulması ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini diqqətə çatdırıb.

Komitə sədri qeyd edib ki, memorandumun məqsədi tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi, bu sahədə iki qurum arasında əməkdaşlığın inkişafı, qanunvericiliyin tələblərinin həyata keçirilməsi, qanunsuz tikintilərin qarşısının alınması ilə ölkəmizin inkişafına töhfə vermək bu sektorda çalışan iş adamlarına və yerli icra hakimiyyəti orqanlarına dəstək verməkdir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti sahəsində Baş İdarə ilə fəal əməkdaşlıq etdiyini deyən S.Nuriyev bildirib ki, memorandumun imzalanması şəhərsalma nəzarəti və qanunsuz tikintilərlə mübarizə sahəsində dövlətimizin başçısının tapşırıqlarının icrasını təmin etməklə yanaşı, bu sahədə hər iki qurum arasında işbirliyinin daha sıx və səmərəli şəkildə həyata keçirilməsinə töhfə verəcək.

Diqqətə çatdırılıb ki, müəyyən tikinti şirkətlərinin rəhbərləri bəzi hallarda tikinti üçün müvafiq qurumlardan lazımi sənədləri almadan inşaat işlərinə başlayırlar. Belə halların qarşısının alınmasında imzalanan memorandum mühüm rol oynayacaq.

Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan iqtisadi və institusional islahatların şəffaflığın və hesabatlılığın təmin olunması, korrupsiya hallarının qarşısının alınmasında əhəmiyyətini xüsusi vurğulayıb. Baş İdarə rəisi korrupsiyaya qarşı mübarizədə qurumlararası əməkdaşlığın əhəmiyyətini qeyd edərək imzalanan sənədin həm tərəflər arasında korrupsiyaya qarşı birgə səmərəli mübarizənin aparılmasında, həm də digər fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq kontekstində mühüm rola malik olduğunu bildirib.

Ölkəmizin sürətli tərəqqisinin şəhərsalma və tikinti sahəsinin də inkişafına mühüm təkan verdiyini vurğulayan K.Əliyev bununla yanaşı, müəyyən nöqsanların da olduğunu bildirib. Ölkəmizdə tikinti sahəsinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edən Baş İdarə rəisi diqqətə çatdırıb ki, bu sahədə problemlər əsasən, qanunsuz tikililərin inşa olunması, vətəndaşların hüquqlarının və əmək münasibətlərinin pozulmasıdır. Qeyd olunub ki, tikinti sahəsində qanun pozuntulara əsasən paytaxtın Abşeron, Nəsimi və Qaradağ rayonlarında rast gəlinir. İlin əvvəlindən tikinti sektorunda 89 şəxs barəsində 61 cinayət işi baxılaraq məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin icraatında bu sahə üzrə 16 cinayət işi istintaq olunur. Qeyri-əmək münasibətləri ilə bağlı Baş İdarəyə 33 material daxil olub ki, bunun da 4-ü üzrə cinayət işi başlanılıb, 3 iş məhkəmələrə göndərilib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iki qurum arasında Əməkdaşlıq Memorandumunu imzalayıblar.

1news.az

Paylaş:
645

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər