Pərviz Heydərov: Xəzərin statusunun müəyyən edilməsi neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Pərviz Heydərov: Xəzərin statusunun müəyyən edilməsi neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı

14:23 - 13 / 08 / 2018
Pərviz Heydərov: Xəzərin statusunun müəyyən edilməsi neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı

Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlətin-Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın işitrakı ilə Xəzər dənizinin statusu haqqında konvensiyanın imzalanması həqiqətən mühüm tarixi hadisədir.

Bunu 1news.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov avqustun 12-də Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyanı şərh edərkən deyib.

Keçmiş SSRİ dağıldıqdan sonra 1996-cı ildən bəri idi ki, bu məsələ ətrafında müzakirələrin aparıldığını deyən ekspertin sözlərinə görə, ümumiyyətlə, Xəzərin statusu dəqiq məlum olmadığından son 22 il ərzində sahil ölkələri arasında hətta çoxlu mübahisələr də yaranmışdı:

“Bunlardan elə qonşu Türkmənistan ilə ölkəmiz arasında bir arada “Azəri”, “Çıraq” və “Kəpəz” yataqları ilə bağlı ortaya çıxan mübahisəni və narazılıqları, o cümlədən İran tərəfinin “Sərdar Canqal” adlandırılan yataqla bağlı atdığı bəzi addımları xatırlatmaq kifayətdir. Bunlar hamısı statussuzluqdan irəli gələn hallar idi. Buna sona qoyulmasa idi gələcəkdə hansı neqativ hadisələrin baş verəcəyini ümumiyyətlə, proqnozlaşdırmaq mümkün deyildi”.

Xəzər dənizinin dünya okeanları ilə heç bir birbaşa əlaqəyə malik olmadığından Yer kürəsində ən böyük göl sayıldığını xatırladan P.Heydərov bildirib ki, sadəcə olaraq, dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır:

“İmzalanan Konvensiyada ən mühüm cəhət ondan ibarətdir ki, Xəzərin su səthinin əsas hissəsi tərəflərin ümumi istifadəsində qalacaq. Ancaq dibi və faydalı qazıntılar isə sahil dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun bölünür. Bununla da, Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boruların çəkilməsi və digər əsas məsələlərdə ümumi razılığa gəlmiş sayılırlar. Bütün bunlar Azərbaycan üçün xüsusən, mühüm hadisədir. Belə ki, ölkəmiz bütün Xəzəryani ölkələr ilə məhz bu cür anlaşmanın və ortaq bir məxrəcin əldə olunmasına çalışırdı. Və 22 il idi ki, bizim mövqeyimiz bundan ibarət idi. Hansı ki, bütün ətraf və aiddiyyətli ölkələrin də mənafelərinə və maraqlarına uyğun idi. Ona görə də, dövlət başçımız İlham Əliyev qeyd edib ki, Azərbaycan konstruktiv çalışdı və töhfəsini verdi”.

 Azərbaycanla bütün Xəzəryanı ölkələr arasında inam və əməkdaşlığın həmişə yüksək səviyyədə olduğunu vurğulayan ekspertin sözlərinə görə, Konvensiyanın imzalanması Azərbaycanın gələcək istəkləri və planları üçün də qapı açır:

“Orta Asiyadan enerji resurslarının ölkəmiz üzərindən Avropaya daşınması üçün boru kəmərlərinin çəkilməsi perespektivlərinin də gerçəkləşməsi yaxınlaşdı. Söhbət, Xəzərin dibindən gedir. Məsələn, Transxəzər qaz kəmərinin çəkilməsi kimi bir məsələ... Odur ki, fikrimcə, Xəzərin statusunun müəyyən edilməsi Azərbaycanın Cənub Qaz Dəhlizi və hətta Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrinin əhəmiyyətini birə beş artırdı. Sözün qısası, Xəzərin hər kəsə düşən pay hissəsi və istifadə hüquqları bəlli oldu. Və bu da sahilyani ölkələr arasında birdəfəlik və qarşılıqlı faydalı əməkdaşlığın birdəfəlik bünövrəsini qoydu”.

Babək Cahandarov

Paylaş:
712

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər