AMB rəsmisi: Maliyyə sektoru ən çox rəqəmsallaşmış sahələrdəndir | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB rəsmisi: Maliyyə sektoru ən çox rəqəmsallaşmış sahələrdəndir

Qafar Ağayev10:20 - Bu gün
AMB rəsmisi: Maliyyə sektoru ən çox rəqəmsallaşmış sahələrdəndir

“Rəqəmsallaşma və süni intellektin tətbiqi maliyyə sektorunda mühüm nəticələr verməyə başlayıb”.

1news.az xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə nın (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

O, rəqəmsallaşma və süni intellekt məsələsinə də toxunaraq bildirib ki, fevralın 11-də Prezident in sədrliyi ilə keçirilən müşavirədə də vurğulandığı kimi, rəqəmsallaşma və süni intellekt ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyən edilib: 
“Maliyyə sektoru isə ölkənin ən çox rəqəmsallaşmış sahələrindən biri olaraq bu istiqamətləri öz strategiyalarında və təşəbbüslərində nəzərə alır. Hesab edirik ki, rəqəmsallaşma və süni intellekt yaxın gələcəkdə bütün təşkilatlarda geniş tətbiq olunacaq. Bu gün keçirilən sammit çərçivəsində müzakirə olunan mövzular da bunu bir daha təsdiqləyir”.

V. Xəlilov qeyd edib ki, Mərkəzi Bank da öz fəaliyyətində süni intellektdən istifadənin genişləndirilməsi istiqamətində ardıcıl addımlar atır:
 “Xüsusilə, bütün təhlükəsizlik tələbləri nəzərə alınmaqla məhsul yaradılması sahəsində əhəmiyyətli nəticələr əldə etmiş, proseslərin sürətləndirilməsinə nail olmuşuq. Bu inkişaf fonunda Mərkəzi Bankın roluna da yeni baxış formalaşır. Dünyada müşahidə olunan tendensiyalar göstərir ki, mərkəzi banklar artıq yalnız ənənəvi tənzimləyici funksiyasını yerinə yetirmir, eyni zamanda rəqəmsal maliyyə ekosisteminin formalaşdırılmasına və inkişafına rəhbərlik edən qurumlar kimi çıxış edirlər".

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər