Bakıda halı pisləşən sürücüyə polis kömək etdi – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda halı pisləşən sürücüyə polis kömək etdi – VİDEO

09:19 - 13 / 08 / 2018
Bakıda halı pisləşən sürücüyə polis kömək etdi – VİDEO

Dünən Qaradağ rayonu ərazisində yerləşən Yol Patrul Xidməti postunun yaxınlığında avtomobilin yolun kənarında dayanması və sürücünün halının pisləşməsi barədə posta məlumat daxil olub.

1news.az-ın avtosfer.az-a istinadla verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları hadisə yerinə gedib.

Sürücünün huşsuz vəziyyətdə sükan arxasında olduğunu görüblər. Dərhal təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib. Sürücünün ağır xəstəliyi olduğu üçün ona müxtəlif dərmanlar verilib.

Daha sonra həkimlər bildiriblər ki, xəstəyə təcili qida lazımdır. Bundan sonra postun əməkdaşları onu YPX postuna dəvət edib, ona yemək və su verilib.

S.Xankişiyeva

 

 

Paylaş:
655

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər