Lüks və rahatlıq: Dinamo Hotel Baku haqqında bilmək lazım olan hər şey – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lüks və rahatlıq: Dinamo Hotel Baku haqqında bilmək lazım olan hər şey – FOTO

11:40 - 13 / 08 / 2018
Lüks və rahatlıq: Dinamo Hotel Baku haqqında bilmək lazım olan hər şey – FOTO

Bakının ən simvolik lüks butik oteli olan Dinamo Hotel Baku geniş yataq otaqları, nəfis Avropa mətbəxi və klassik günorta çayının yanında, ən ləziz şirniyyat seçimləri ilə nadir təcrübə təklif edir.

Öz möhtəşəm tarixi memarlığını qoruyan və təqribən 1 əsr sonra otelə çevrilən bina ziyarətçilərini unikallığı ilə məftun edir.

Şəhərin mərkəzində yerləşən Dinamo Hotel Baku-dakı 28 dəbdəbəli və zərif yataq otağı dövri memarlıq, əntiq avadanlıqlar və müasir texnologiya vəhdəti ilə göz oxşayır. Məşhur “Alberto Pinto” dizayn studiyası tərəfindən Art Deco üslubunda dizayn edilmiş otaqlar eksklüziv olaraq toxunmuş parçalar, son dərəcə rahat yataqlar və xüsusi dizayn olunmuş mərmər hamam otaqları ilə səciyyələnir.

Rahatladıcı prosedurlar ilə zəngin SPA və qeyri-adi restoran seçimləri təklif edən Dinamo Hotel Baku xoş vaxt keçirmək üçün ideal məkandır. Təkrarolunmaz dizaynı və misilsiz ab-havası ilə seçilən Olympia restoranı, gözalıcı açıq mətbəxlə tamamlanır. Almaniyadan xüsusi dəvət olunmuş beynəlxalq təcrüəli baş aşpaz David Mottl ləziz yemək seçimləri ilə əsl ziyafət şənliyi vəd edir. Bütün gün ərzində fəaliyyət göstərən Olympia restoranı, şam yeməyi qonaqlarına yüksəkkeyfiyyətli şərab çeşidləri ilə müşayiət olunan eksklüziv “A la carte” menyu seçimindən faydalanma imkanı yaradır.

Gözqamaşdırıcı mənzərəsi ilə heyranedici terras isə qəlyan həvəskarlarını açıq hava, səmimi mühit və geniş içki menyusundan həzz almağa dəvət edir. Hər həftə sonu çıxış edən DJ dostlarınla əyləncəli vaxt keçirməyə söz verir.

Bakıda bütün gün ərzində batler və konsyerj xidmətlərini təklif edən yeganə otel olan Dinamo Hotel Baku-nun məqsədi hər bir qonağın ehtiyacını qüsursuz qarşılamaqdır. 

Reklam hüququnda

 

Paylaş:
2778

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər