İlqar Məmmədov azadlıqda

İlqar Məmmədov azadlığa çıxıb.
Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
S.Xankişiyeva
691