Bayram namazının vaxtı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram namazının vaxtı açıqlandı

12:25 - 14 / 08 / 2018
Bayram namazının vaxtı açıqlandı

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

1news.az-ın verdiyi xəbərə görə, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə isə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.

S.Xankişiyeva

 

 

 

Paylaş:
837

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər