BQXK təmas xəttindən meyitin çıxarılmasında kömək edib | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK təmas xəttindən meyitin çıxarılmasında kömək edib

13:04 - 16 / 08 / 2018
BQXK təmas xəttindən meyitin çıxarılmasında kömək edib

Ermənistanın bir sıra  KİV-ləri avqustun 15-də axşam saatlarında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində azərbaycanlı sakinin meyitinin aşkar edilməsi barədə məlumat yayıb.

1news.az xəbər verir ki, həmin məlumata görə, meyit avqustun 12-də Ağdamın şərqində silahlı qüvvələrinin mövqeləri arasında aşkarlanıb.

Bu hadisəni 1news.az-a şərh edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiyalı şəkildə təmas xəttinin yaxınlığında yerləşən ərazidə meyitin çıxarılmasına kömək edib (Azərbaycan mövqeyindən).

Qeyd edək ki, bu, BQXK-nın neytral vasitəçi kimi humanitar əməliyyatı olub.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər