Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

11:27 - 17 / 08 / 2018
Bu il Azərbaycanda dərslər sentyabrın 15-də başlamayacaq

Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir.

Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

S.Xankişiyeva

 

 

Paylaş:
1229

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər