Metroda intihara cəhd - Özünü qatarın altına atdı

Bu gün saat 11:40-da metronun “Nizami” stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.
1news.az Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadla xəbər verir ki, həmin şəxs Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Tərkan Yusifovdur:
“O, özünü platfiormaya daxil olan qatarın altına atıb, lakin reyslərin arasına düşdüyü üçün xəsarət almayıb. Tərlan Yusifov təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib. Onun bir qədər spirtli içki qəbul etdiyi də aşkarlanıb”.
B.Məmmədov bildirib ki, hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqəyə qədər çox fasilə verilib: “Bu ləngimə yalnız “Yaşıl xətt” üzrə qeydə alınıb. Hazırda qatarların hərəkətində problem yoxdur”.
1news.az