Azərbaycan məscidlərində bayram namazı qılınıb  | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan məscidlərində bayram namazı qılınıb 

10:37 - 22 / 08 / 2018
Azərbaycan məscidlərində bayram namazı qılınıb 

Müqəddəs Qurban bayramı ilə əlaqədar avqustun 22-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

Bayram namazı Bakıda saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınıb.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

S.Xankişiyeva

 

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər