Zöhrə Abdullayevadan ürək dağlayan sözlər: Yuxuma gəib ana, oxu, desə, oxuyacam | 1news.az | Xəbərlər
Cəmiyyət

Zöhrə Abdullayevadan ürək dağlayan sözlər: Yuxuma gəib ana, oxu, desə, oxuyacam

15:12 - 23 / 08 / 2018
Zöhrə Abdullayevadan ürək dağlayan sözlər: Yuxuma gəib ana, oxu, desə, oxuyacam

Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva səhnəyə hansı şərtlə qayıdacağını açıqlayıb.

Əməkdar artist yalnız mərhum oğlunun istəyilə oxuyacağını deyib: "Yuxuma gəlmir, nə zaman gəlib desə ki, ana, oxu, səsinçün darıxmışam, o zaman oxuyacam".

Zöhrə xanım yeganə övladını itirdikdən sonra dərddən tanınmaz hala düşdüyünü etiraf edib: "Məni görən tanımır. Sanki bir ruh kimi bərzaq aləmindəyəm. Yaşamaq istəmirəm. Məni səhnədə görəndə çox sevinirdi. Son dəfə xahiş etdi ki, onunçun oxuyum. Oxudum, bir neçə saatdan sonra dünyasını dəyişdi. Beşiyinin başında oxuduğum laylasını dinlədi. Bu, balamın sonuncu laylası idi". 

Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır.

Baku.ws

 

 

 

Paylaş:
432

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər