Çantaların qənimi kəsilən qadın tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Çantaların qənimi kəsilən qadın tutuldu

17:00 - 24 / 08 / 2018
Çantaların qənimi kəsilən qadın tutuldu

Bakıda çantalara girən qadın ələ keçib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 18-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-dan 22-dək olan müddətdə rayon ərazisində 3 qadının çantalarından pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Günel Quliyeva saxlanılıb.

G.Quliyeva əvvəllər də eyni cinayətə görə məhkum olunub.

S.Xankişiyeva

 

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər