Görünməmiş toy: gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə evləndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Görünməmiş toy: gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə evləndi

09:21 - 24 / 08 / 2018
Görünməmiş toy: gəlin başqası ilə qaçdı, bəy yeni gəlinlə evləndi

Bu gün Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.

Hazırda həmin qəsəbədə toy mərasimi keçirən Adil Eyvazov (ad şərtidir) adət-ənənəyə uyğun olaraq günorta saatlarında gəlin gətirməyə gedən zaman qız evində üzləşdiyi vəziyyət onu pis duruma salıb.

Bəy, qız evinə gedən zaman gəlinin başqa bir oğlana qoşulub qaçdığını öyrənib.

Bu zaman məlum olub ki, gəlin toydan bir gün öncə, yəni, el arasında "heyvankəsdi" adlanan vaxt evdən qaçıb.

Çıxılmaz duruma düşən bəy, toy günü bir neçə saat ərzində başqa bir gəlin taparaq evinə gətirib.

Oğlanın valideynləri gəlinin başqa bir oğlanla qaçması nəticəsində xeyli maddi ziyana düşdüyünü bildirir.

Hazırda Salyanın Qaraçala qəsəbəsində bəyin toy mərasimi davam edir.

Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.

S.Xankişiyeva

 

Paylaş:
1909

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər