SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb - FOTO

16:00 - 25 / 08 / 2018
SOCAR və Almaniyanın “Uniper” şirkəti razılaşma imzalayıb - FOTO

Hər iki şirkət Azərbaycanda enerji səmərəliyini artırmaq istəyir.

“Uniper SE” və SOCAR Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaq. Hər iki şirkət Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri zamanı, avqustun 25-də müvafiq razılaşma imzalayıb.

SOCAR-dan 1news.az-a bildirilib ki, alman enerji təchizatçısı və SOCAR artıq 5 ildir ki, sıx əməkdaşlıq edir. Yeni razılaşmanın məqsədi, ilk növbədə, Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır. Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır.

İlkin araşdırmalar göstərib ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür.

“Uniper” şirkətinin idarə heyətinin üzvü Kristofer Delbrük deyib: “Yeni layihə iki şirkət arasındakı uzunmüddətli tərəfdaşlığı növbəti mərhələyə gətirib çıxarır. Bu layihə bölgədə istixana qazları tullantılarının azaldılmasına və ölkənin təbii resurslarına qənaət olunmasına yardım edəcək. “Uniper” və SOCAR arasındakı əməkdaşlıq hər iki tərəf üçün mənfəət kəsb edir və gələcək üçün yaxşı perspektivlər vəd edir”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “Almaniyanın aparıcı şirkətlərindən biri olan “Uniper” ilə həyata keçirdiyimiz strateji əməkdaşlıq Azərbaycan üçün öz təbii resurslarını reallaşdırmaqla yanaşı, həm də qabaqcıl texnologiyalardan bəhrələnməsi üçün əlverişli imkanlar yaratmışdır. Enerji səmərəliyinin artırılması ətraf mühitimizin qorunması ilə yanaşı həm də qazın qənaəti sayəsində əlavə dəyərin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz müqavilənin imzalanması ölkələrimiz arasındakı iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir, tərəflərin “Cənub Qaz Dəhlizi” layihələri çərçivəsində əməkdaşlığını nümayiş etdirir və Avropanın enerji təhlükəsizliyi çərçivəsində Azərbaycan və SOCAR-ın əhəmiyyətli rolunu bir daha ifadə edir”.

SOCAR və “Uniper” şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlayıb. 2045-ci ilədək hər il 1,5 milyard kubmetr təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

Sənaye səmərəliliyi sahəsində SOCAR və “Uniper” şirkətləri 2015-ci ildə birgə müəssisə yaradıblar. Birgə müəssisə SOCAR-ın Sumqayıt şəhərində yerləşən “Azərikimya” kompleksində elektrik və buxar istehsal edən qurğuları səmərəliləşdirməklə əlavə dəyər əldə edəcək. Yeni qurğuların istismara verilməsi 2020-ci ilin əvvəlində planlaşdırılır. Almaniyanın Federal Hökuməti bu layihənin həyata keçirilməsini Hermes eksport kredit zəmanəti ilə dəstəkləyib. Təqribən 30 milyon avro dəyərində olan bu layihədə əsasən alman texnologiyası tətbiq olunur.

“Uniper” və SOCAR şirkətlərinin tərəfdaşlığı bir çox digər istiqamətlərdə də həyata keçirilir, o cümlədən texnologiya və enerji təsərrüfatı sahəsində təcrübə mübadiləsinin aparılması, menecment və sosial məsuliyyət sahəsində təlimlər və sair.

Paylaş:
640

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər