Tovuzda nəzarətsiz qalan uşaq dərman içib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda nəzarətsiz qalan uşaq dərman içib

09:33 - 28 / 08 / 2018
Tovuzda nəzarətsiz qalan uşaq dərman içib

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayonun 2014-cü il təvəllüdlü Qaraxanlı kənd sakini Məmmədzadə Tural Azər oğlu yaşadığı evdə nəzərətsiz olduğu zaman bilmədən dərman içərək zəhərlənib.

Valideynləri tərəfindən xəstəxanaya aparılan uşağa tibbi yardım göstərilib və o, palataya yerləşdirilib. Uşağın hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər