BQXK: Minlərlə itkin ailəsi hələ də cavab axtarışındadır | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK: Minlərlə itkin ailəsi hələ də cavab axtarışındadır

11:57 - 30 / 08 / 2018
BQXK: Minlərlə itkin ailəsi hələ də cavab axtarışındadır

Avqustun 30-u müxtəlif şəraitlərdə itkin düşmüş milyonlarla insanın anılması üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur.

1news.az-a BQXK-dən verilən xəbərə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş minlərlə şəxsin ailələri ümid və əlacsızlıq arasında yaşamağa davam edirlər. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

Artıq onilliklərdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) regionda itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirir və itkin ailələrinə cavab verilməsi üçün dövlət qurumlarına dəstək göstərir. BQXK-nın Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağn missiyası, bu münaqişə nəticəsində itkin düşmüş 4500-dən çox insan qeydə alıb.

1992-ci ildə iki oğlu itkin düşmüş Simuzər İbrahimova bu gün də onların bir gün geri qayıdaraq qapını döyəcəkləri ümidi ilə yaşayır:

“Onların hər ikisi yoxa çıxdılar. Sanki heç vaxt olmayıblar. Evə hər dəfə maşın yaxınlaşanda mənə elə gəlir ki, onlar geri qayıdıblar və indi qapını döyəcəklər. Bundan sonra hər keçən dəqiqə isə bu ümidi söndürür”.

İl boyu  keçirilən bir sıra anım mərasimlərindən biri də Şəkidə təşkil olunub. İtkin düşmüş şəxslərin ailələri qarşısında çıxış edən BQXK-nın Müdafiə proqramı üzrə əməkdaşı Qumral Aslanova doğma insanın taleyini bilmədən yaşamağın çətinliyini vurğuladı:

“Bizə yaxın olan şəxsin həyatını itirməsi çox faciəvi bir haldır. Lakin, biz bu hüznlə qarşılaşsaq da, bir müddət sonra onların xatirələri ilə yaşayaraq normal həyatımıza qayıda bilirik. Ailə üzvünün itkin düşməsi isə sanki zamanı dayandırır. Ailələr bilmirlər ki, hüzn saxlasınlar ya ümidlə gözləsinlər”.

BQXK dövlət qurumlarına, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması və beləliklə də onların ailələrinə cavab verilməsi yönündə dəstək göstərməyə davam edir. İtkin düşmüş şəxslər haqqında toplanılan ətraflı məlumatlara əlavə olaraq, BQXK-nın Bakı nümayəndəliyi  Əsir, və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində, itkinlərin ailə üzvlərindən 5000-dən çox bioloji istinad nümunəsi toplanıb. Burada əsas məqsəd gələcəkdə itkin düşmüş insanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan informasiyanın qorunmasını təmin etməkdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi həmçinin ən ehtiyaclı ailələrə psixo-sosial dəstək göstərən təlim keçmiş müşaiyətçilər şəbəkəsini də dəstəkləməyə davam edir. Müşaiyətçilər itkin düşmüş şəxslərin yaxınlarına ev görüşləri, anım mərasimləri təşkil etməklə, onları lazımi orqanlara yönləndirməklə (dövlət orqanları, özəl təşkilatlar və ya ictimai cəmiyyətin nümayəndələri) və ya sadəcə ailələr arasında əlaqələri saxlamaqla kömək edirlər. 2018-ci ilin ilk yarısında 1000-dən çox şəxs bu istiqamətdə müxtəlif dəstək alıb.

BQXK neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olub, başlıca məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

S.Xankişiyeva

 

Paylaş:
839

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər