Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar – FOTO

10:08 - 03 / 09 / 2018
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının İcraiyyə Komitəsinin üzvləri Tehranda toplaşıblar – FOTO

Sentyabrın 2-4-də İran İslam Respublikasının paytaxtı Tehranda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 43-cü iclası işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanovun iclasdan əvvəl Monqolustanın “Montsame” Milli Xəbər Agentliyinin informasiya texnologiyaları və istehsalı şöbəsinin müdiri Onan Daşdorj, Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru Nguyen Duk Loi, İranın İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Seyid Ziya Haşemi və Koreya Respublikasının Yonhap Agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru xanım Kim Jinhyunq ilə görüşləri olub.

Görüşlərdə AZƏRTAC-ın sədrliyi dövründə OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Agentliyin irəli sürdüyü bir sıra təkliflər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin OANA-nın daimi katibliyinin, təlim akademiyasının, qurumun maliyyə vəsaitinin düzgün yönləndirilməsi üçün komissiyanın yaradılmasının, foto və digər müsabiqələrin keçirilməsinin vacibliyi barədə razılığa gəlinib.

Monqolustanın “Montsame” Milli Xəbər Agentliyinin şöbə müdiri Onan Daşdorj 2021-ci ildə “Montsame”nin 100 ilik yubileyinin qeyd olunacağını bildirib və bununla əlaqədar OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2020-ci ildə Ulan-Batorda keçirilməsini kömək göstərilməsini xahiş edib.

Vyetnam Xəbər Agentliyinin baş direktoru Nguyen Duk Loi ilə keçirilən görüşdə AZƏRTAC ilə VNA agentliyi arasında qarşılıqlı əlaqələrin perspektivləri müzakirə edilib. Nguyen Duk Loi bildirib ki, Vyetnam hökuməti OANA-nın İcraiyyə Komitəsinin toplantısının 2019-cu ildə Xanoyda keçirilməsini təklif edir.

İRNA Dövlət Agentliyinin baş direktoru Seyid Ziya Haşimi ilə görüşdə 2022-ci ildə bu agentliyin OANA-nın prezidentliyinə namizədliyinin irəli sürməsi məsələsi müzakirə edildi. Seyid Ziya Haşimi əmin olduğunu bildirib ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın prezidenti bu məsələdə onlara dəstək verəcək.

Sonra Aslan Aslanov Koreya Respublikasının Yonhap agentliyinin beynəlxalq əlaqələr departamentinin direktoru Kim Jinhyunq ilə görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xanim Kim Jinhyunq 2019-cu ildə OANA-nın Baş Assambleyasının Seul şəhərində keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirib.

Görüşlərdə OANA-nın prezidentinin təkliflərinin qurumun fəaliyyətinin həqiqətən təkmilləşdirlməsinə böyük töhfə verəcəyi vurğulanıb və irəli sürülən bu təkliflərin iclasda dəstəklənəcəyi qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
412

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər