Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur – FOTO

16:30 - 05 / 09 / 2018
Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur – FOTO

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur.

Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və İnformatika təmayüllü respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər.

Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilimizin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu dəfə də nüfuzlu olimpiadada şagirdlərimizin uğur qazanmasına dəstək göstərir.

Belə ki, məktəblilər olimpiadaya yola düşməzdən öncə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi hazırlıq keçiblər. Məşğələlərdə əsas məqsəd şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimullaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.

2019-cu ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ 1994-cü ildə iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.

Azercell Telekom şirkəti ölkəmizi Yaponiyada keçirilən olimpiadada təmsil edən şağirdlərimizə uğurlar arzulayır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors in People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda                      

Paylaş:
518

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər