Sevgililər qəbiristanlığı – Azərbaycanda | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevgililər qəbiristanlığı – Azərbaycanda

11:30 - 05 / 09 / 2018
Sevgililər qəbiristanlığı – Azərbaycanda

Azərbaycanın hər daşında gizli bir tarix yatır. İndiki dövrə qədər ölkəmizin regionlarında hələ tarixi məlum olmayan abidələrə, qəbir daşlarına rast gələ bilirik.

1news.az-ın sputnik.az-a istinadla verdiyi xəbərə görə, respublikamızın ecazkar bölgələrindən olan Qusar rayonu həm də tarixi abidələrlə, qəbir daşları ilə zəngindir.

Rayonda yerləşən tarixi abidələrin, qəbir daşlarının bəzilərinin tarixi dəqiq məlum deyil. Belə qədim abidələrdən biri də rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdır.

Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Belə ki, burada dəfn olunanlar yan-yana qazılmış qoşa məzarlarda basdırılıblar.

Kəndin ağsaqqalları bu qəbiristanlığın çox qədim olduğunu, dəqiq yaşının isə heç kimə məlum olmadığını vurğuladılar.

Məzarlıq haqqında öyrəndiyimiz ən maraqlı məlumat o oldu ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.

Kənd sakinlərinin danışdıqlarına görə, yastı qadın, papaq formasında olan isə kişi qəbri olmasını nişanə verir. Qadın və kişi yan-yana basdırılıb, onların yanında, demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Təəssüflər olsun ki, qəbirlərin bir neçəsi yararsız hala düşüb.

Kənd sakini Məhbubə xanımdan öyrəndik ki, buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub: "Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir. Hər qəbir daşının uzunluğu, təxminən 2 metrdən çoxdur.

Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı 19-cu əsrə qədər gedib çıxır. Hər məzarın üzərində müxtəlif şəkillər çəkilib" — deyə həmsöhbətimiz vurğuladı.

Onu da qeyd edək ki, qədim tarixə malik olan Həzrə kəndində iki daha belə qədimi qəbiristanlığa rast gəlmək olar. Onların hər birinin özünəməxsus tarixi var.

S.Xankişiyeva

 

Paylaş:
681

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər